son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Azərbaycanın güləş yığmaları hazırlığı davam etdirirlər

Bölmə adı Güləş
Yayımlandı 5-06-2026, 15:12

Azərbaycanın güləş milliləri təlim-məşq toplanışlarını müxtəlif bölgələrdə davam etdirirlər.


Sport1.az xəbər verir ki, Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan sərbəst və yunan-Roma güləşi üzrə U-17 millisi fərqli məkanlarda hazırlaşır.


 Mayın 24-dən Xaçmaz Olimpiya İdman Kompleksində toplanışa başlayan sərbəst güləşçilər iyunun 6-da toplanışı yekunlaşdıracaq. Yunan-Roma güləşçilərinin Göygöl Olimpiya İdman Kompleksində baş tutan toplanışı isə iyunun 1-11-ni əhatə edir.


U-20 yaş qrupu üzrə yığmalar iyulun 6-dan 12-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək Avropa çempionatına eyni məkanda hazırlaşır. Hər iki komanda iyunun 1-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib. Hazırlıq prosesi ayın 12-də yekunlaşacaq.


Böyüklərdən ibarət sərbəst güləş millisi isə sabahdan Şamaxı Olimpiya İdman Kompleksində toplanışa başlayacaq. Gələn ay (15–19 iyul) Macarıstanın paytaxtı Budapeştdə təşkil ediləcək ilin son reytinq turnirinə hazırlıq xarakteri daşıyan toplanış iyunun 20-dək davam edəcək.


Qeyd edək ki, dünya çempionatı iyulun 27-dən avqustun 2-nə kimi Bakıda təşkil olunacaq.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR