son dəqiqə SON DƏQİQƏ
Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● MOİK "Mingəçevir"ə qarşı, "Şimal" "Xankəndi" ilə üz-üzə ● "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edir, "Sabah" "Neftçi" ilə qarşılaşır ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"i qəbul edəcək ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ● Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ●

Honda Yaponiya millisinin baş məşqçisi ola bilər

Bölmə adı Futbol
Yayımlandı 2-07-2026, 17:29

Yaponiya millisinin və "Neftçi"nin sabiq yarımmüdafiəçisi Keysuke Honda yığmanın baş məşqçisi vəzifəsinə namizədliyini irəli sürüb.


Sport1.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.


Yaponiya yığması 1/16 finalda Braziliyaya 1:2 hesabı ilə uduzaraq DÇ-2026 ilə vidalaşıb. Lakin uğursuzluğa baxmayaraq, baş məşqçi Hadzime Moriyasuya müqavilənin daha bir il uzadılmasının təklif olunduğuna dair məlumatlar yayılıb.


Honda isə bu xəbərlərə münasibət bildirib.


"Fikirlər fərqli olacaq, amma yenə də bunu demək istəyirəm. Oxudum ki, Hadzime Moriyasuya müqavilənin bir il uzadılması təklif olunub. Əgər bu, uyğun namizəd tapılmadığı üçün müvəqqəti variantdırsa, onda məni bir il sınayın. Asiya Kubokunda uduzsaq, heç bir müzakirə aparmadan məni istefaya göndərin. Mən millini qəbul etməyə hazıram".


Qeyd edək ki, Honda 2021-ci ildə "Neftçi"nin formasını geyinib.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR