son dəqiqə SON DƏQİQƏ
Taekvondoçularımızdan Qazaxıstanda 18 medal Akrobatika və aerobika gimnastikası üzrə Azərbaycan Çempionatı keçirilib Misli Premyer Liqasında 2-ci turun qarşılaşmalarının hakim təyinatları Azərbaycanlı atlet Avropa Birinciliyində iştirak edib "Gəncəbasar" ev oyunlarını hansı stadionda keçirəcək? - "Sabah" - "Hapoel" oyununa satılan biletlərin sayı açıqlanıb Dünya Çempionatı: Daha 3 cüdoçumuz mübarizəyə start verir Millimizin sabiq üzvü bu klubu çalışdıracaq I Liqa klubunun baş məşqçisinin adı müəyyənləşib - "Tvente"nin hücumçusu: "Əgər biz cavab oyununda erkən qol vursaq..." Premyer Liqa klublarının yay transferləri Əvəzedicilər Liqası: 2-ci turun oyun cədvəli açıqlanıb Fuad Ağayevə beynəlxalq təyinat AÇ: Əli Baxışov finala yüksəlib Dünya Çempionatı: Bu gün qadın güləşçilərimi final görüşlərinə çıxır "Balakən"dən "Zaqatala"ya Yığmamızın üzvləri Türkiyə klubunda Azərbaycan millisinin üzvləri Dünya Çempionatında iştirak edəcəklər Azərbaycan klublarından bir ilk Kadi Borgesdən yeni rekord "Zirə"də daha bir ayrılıq - Bakıda voleybol üzrə AÇ-2026-nın oyunlarına bu gün start verilir "Neftçi" mübarizəni dayandırıb Azərbaycan millisinin cüdoçusu Ekvadorda dünya çempionu olub Günün oyunları: "Qarabağ" Niderand səfərindən inamlı qələbə ilə dönür - Millimizin üzvlərinin komandaları üçün pley-off sınağı - UEFA Avropa Liqası: Pley-offun oyunlarına start verilib -

“Qalatasaray” İkardinin əvəzləyicisini tapdı

Bölmə adı Futbol / Türkiyə
Yayımlandı 2-07-2026, 14:32

Türkiyə təmsilçisi “Qalatasaray” komandadan ayrılan Mauro İkardinin əvəzləyicisini tapıb.


Sport1.az A Bola nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Kiyev “Dinamo”sunun 20 yaşlı hücumçusu Matviy Ponomarenko üçün rəsmi təklif göndərib.


Bildirilir ki, “Qalatasaray” ukraynalı forvard üçün 20 milyon avro təklif etsə də, Kiyev klubu bu məbləği kifayət hesab etməyib. “Dinamo” gənc futbolçunun transferindən 25-30 milyon avro gəlir əldə etmək niyyətindədir.


“Transfermarkt” portalına görə isə futbolçunun bazar dəyəri 12 milyon avro təşkil edir. Mənbənin iddiasına görə, “Qalatasaray” transferdən imtina etmək fikrində deyil.


Qeyd edək ki, daha əvvəl Dortmund “Borussiya”sı da oxşar məbləğdə təklif versə də, Ukrayna klubu razılıq verməyib. “Portu” da futbolçunu izləsə də, lakin hələlik rəsmi təklif etməyib.


2025/26 mövsümündə Ukrayna çempionatında 25 oyunda meydana çıxan Ponomarenko 15 qol vurub. Hazırda Ukrayna millisinin də üzvü olan gənc hücumçu milli komandada keçirdiyi 3 oyunda 1 qolla yadda qalıb. Onun Kiyev “Dinamo”su ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR