son dəqiqə SON DƏQİQƏ
Avropa Çempionatı: Azərbaycanın 8 boksçusu yarımfinala vəsiqə qazanıb ● Zelim Kotsoyev qələbə ilə başladı ● MOİK "Mingəçevir"ə qarşı, "Şimal" "Xankəndi" ilə üz-üzə ● "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edir, "Sabah" "Neftçi" ilə qarşılaşır ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"i qəbul edəcək ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev bu gün tatamiya çıxacaq ● Premyer Liqa klublarının yay transferləri ● Taekvondoçumuz Fransada ikinci oldu ● Bakıda Avropa su idmanının gələcəyi müzakirə edilib ● AFFA UEFA-nın qərarına qarşı çıxıb ● “Sabah”la oyunun hazırlığı başa çatıb ● “Səbail” “Karvan-Yevlax”la bacarmadı ● VI turun oyun cədvəli açıqlanıb ● “İmişli”də iki ayrılıq birdən ● III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ●

Çempionlar Liqası: Təmsilçimiz əsas mərhələdə

Bölmə adı Futbol
Yayımlandı 2-07-2026, 13:27

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkatma mərasimi iyulun 8-də keçiriləcək.


Sport1.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edəcək “Araz-Naxçıvan” mübarizəyə birbaşa əsas raunddan başlayacaq.


Ümumilikdə 52 assosiasiyanı təmsil edən 56 klub Çempionlar Liqasının qalibi adı uğrunda yarışacaq. Reytinq cədvəlində ən aşağı pillələrdə qərarlaşan 32 komanda ilkin mərhələdə mübarizəyə qoşulacaq. Onlar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcək. Mini-turnir formatında keçiriləcək oyunların yekununda yalnız qrup qalibləri əsas mərhələyə yüksələrək B yolunda mübarizəni davam etdirəcək. İlkin mərhələnin görüşləri avqustun 25-30-da təşkil olunacaq.


Son çempion Portuqaliyanın “Sportinq” klubu da daxil olmaqla 24 komanda əsas mərhələdən yarışa başlayacaq. UEFA reytinqində 21-ci pillədə qərarlaşan “Araz-Naxçıvan” B yolunda mübarizə aparacaq. Reqlamentə əsasən, reytinq cədvəlinin 12-15-ci və 20-23-cü pillələrində yer alan 8 klub, həmçinin ilkin mərhələnin 8 qrup qalibi bu yolda çıxış edəcək. Yalnız qrup qalibi 1/8 final mərhələsinə vəsiqə qazanacaq.


B yolunda qrup oyunlarına ev sahibliyi edəcək komandalar da müəyyənləşib. Polşanın “Piast Qlivitse”, Serbiyanın “Lozniça-Qrad 2018”, İtaliyanın “L84 Torino” və Lüksemburqun “Differdanj 03” klublarının müraciəti UEFA tərəfindən müsbət cavablandırılıb.


“Araz-Naxçıvan” püşkatmada ikinci səbətdə yer alacaq. Bu səbəbdən təmsilçimiz ikinci səbətin digər iştirakçıları – “L84 Torino”, “Differdanj 03” və Ukraynanın “Atletik Futsal” klubu ilə eyni qrupa düşə bilməyəcək. Beləliklə, Azərbaycan çempionunun yer alacağı qrupun oyunları Polşa və ya Serbiyada keçiriləcək.


Əsas mərhələnin oyunları oktyabrın 27-dən noyabrın 1-dək baş tutacaq.


UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Ermənistan – Azərbaycan, Kosovo – Bosniya və Herseqovina, Kosovo – Serbiya, Ukrayna – Belarus təmsilçiləri bir-biri ilə qarşılaşa bilməz.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR