son dəqiqə SON DƏQİQƏ
"Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ●

Bu, hakimlikdir, yoxsa haqq yemək? - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 19-04-2026, 05:30

​"Zirə" - "Neftçi" matçında yaşananlar rəsmən rüsvayçılıqdır. İndi hamı Rəhim Həsənovun bu biabırçılığa necə bəraət qazandıracağını gözləyir. Çoxu ofsayddan danışır, Ruan Renatonun Kenan Piriçə mane olub-olmadığını müzakirə edir. Amma əsl məsələ başqadır.


​Gəlin, hücumun başladığı ana qayıdaq. Tiaqo Silva ötürmədə səhv edir, "Neftçi" əks-hücuma çıxır. Qapıçı sürüşərək topu götürür. Bəs sonra? Portuqaliyalı futbolçu İnqilab Məmmədovun düz gözü önündə Abubakarın ayağına təpik vurur. Referi isə elə bil meydanda yoxdur! Fit çalınmır, oyun davam edir və "Zirə" qol vurur.


​Mənə bir şey maraqlıdır. Necə oldu ki, İnqilab Məmmədov o təpiyi görmədi? Yaxşı, tutaq ki, görmədi. Bəs o "nümunəvi" VAR hakimi Nicat İsmayıllı hara baxır? Niyə hücumun əvvəlindəki aşkar qayda pozuntusu ilə bağlı İnqilaba məlumat vermədi?


​Hörmətli Rəhim Həsənov! Yəqin yenə hansısa qaydanı tapıb, Komitə olaraq hakimləri "sudan quru çıxaracaqsınız". Bəs o təpiyə nə ad verəcəksən? Bu, futbolçunun ayağına qəsdən vurmaq deyil? Tiaqo Silva ən azı sarı vərəqə almalı deyildi?


​Bunun tək adı var: Hakimlər "Neftçi"nin haqqını rəsmən yeyiblər. İndi növbə yenə səndədir, Rəhim Həsənov! İnqilab Məmmədovla Nicat İsmayıllını da qat Əliyar Ağayevlə Cavid Cəlilovun sırasına. Onları da 5-6 oyunluq cəzalandır ki, ağılları başlarına gəlsin. Çünki onların etdiyi hakimlik deyil, haqq yeməkdir. Vəssalam!

​İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR