son dəqiqə SON DƏQİQƏ
"Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ●

“D” kateqoriyalı məşqçi kursları başa çatdı

Bölmə adı Futbol
Yayımlandı 18-04-2026, 20:56

AFFA-nın təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində UEFA-nın “HatTrick” proqramı çərçivəsində “D” kateqoriyalı məşqçi kursları keçirilib.


Sport1.az xəbər verir ki, kursa Neftçala rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən 25 nəfər fiziki tərbiyə müəllimi cəlb olunub. 


Təlimlərin əsas məqsədi iştirakçıların kütləvi futbol sahəsində bilik və bacarıqlarının artırılması, uşaq və yeniyetmələrlə işləyərkən müasir yanaşmaların tətbiqinin təşviqi olub. Kursun açılış günündə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və departamentin aparıcı mütəxəssisi Orxan Mikayıllı iştirakçılarla görüşərək proqramın məzmunu və məqsədləri barədə ətraflı məlumat verib, onlara uğurlar arzulayıblar.
Təlimlər AFFA-nın məşqçi kursları üzrə təlimatçısı İlham Əzizzadə və Fərrux İsmayılov tərəfindən aparılıb.


Kurs çərçivəsində “Kütləvi futbolda əsas prinsiplər”, “Məşq metodları”, “Məşqçi davranışları” və digər aktual mövzular üzrə nəzəri biliklər təqdim olunub. Sessiyalar interaktiv müzakirələrlə müşayiət olunaraq müxtəlif yanaşmaların müqayisəli şəkildə təhlilinə imkan yaradıb.


İkinci gün nəzəri və praktiki hissələrdən ibarət olmaqla təşkil edilib, iştirakçılar meydanda keçirilən məşqlərdə fəal iştirak edərək təlimçilər tərəfindən təqdim olunan metodikaları birbaşa tətbiq ediblər.
Kursun yekununda iştirakçılara müvafiq lisenziyalar verilib. Lisenziyaları iştirakçılara Fərrux İsmayılov və İlham Əzizzadə təqdim ediblər.


Qeyd edək ki, bu cür təşəbbüslər regionlarda futbolun kütləviliyinin artırılması, həmçinin məktəblərdə futbolun inkişafına töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR