son dəqiqə SON DƏQİQƏ
"Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ●

Milli Gimnastika Arenası növbəti dəfə möhtəşəm idman hadisəsinə ev sahibliyi edir

Bölmə adı Digər
Yayımlandı 18-04-2026, 16:32

17–19 aprel tarixlərində Milli Gimnastika Arenası növbəti dəfə möhtəşəm idman hadisəsinə ev sahibliyi edir.


Sport1.az xəbər verir ki, artıq 13-cü dəfədir ki, ölkəmizdə keçirilən bədii gimnastika üzrə Dünya kubokuna 42 ölkədən ən istedadlı gimnastlar toplaşıb. Bu kuboku digərlərindən fərqləndirən əsas məqam onun Los-Anceles 2028 Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşımasıdır.


Üç gün davam edəcək yarış zamanı gimnastlar halqa, top, lent və gürzlər kimi müxtəlif alətlərlə fərdi proqramlarda, eləcə də 3 halqa + 2 cüt gürz və 3 top + 2 cüt gürz kombinasiyaları üzrə qrup hərəkətlərində qüvvələrini sınayacaqlar.


Kubokun ilk iki günü təsnifat mərhələsi keçiriləcək, sonuncu gün isə finallar baş tutacaq.


Qeyd edək ki, bu gün start götürən yarışlara aprelin 19-da yekun vurulacaq.


Yarışın sonunda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup hərəkətləri komandası ənənəyə uyğun olaraq “AGF Trophy” mükafatına layiq görüləcək.


Belə mötəbər yarışın ölkəmizdə keçirilməsi həm idmanın inkişafına, həm də gənc gimnastların motivasiyasına mühüm töhfə verir. Bütün iştirakçılara uğurlar arzulayır, izləyiciləri isə bu möhtəşəm idman bayramını yaxından izləməyə dəvət edirik!

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR