son dəqiqə SON DƏQİQƏ
"Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ●

Təslim olmaq yoxdur: "Karvan-Yevlax"ın "ağ bayraq"sız "Şamaxı" imtahanı - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 18-04-2026, 13:22

Premyer Liqanın 28-ci turunda ​"Karvan-Yevlax" bu gün "Şamaxı" ilə üz-üzə gələcək. Klub hazırda 11 xalla turnir cədvəlin zirzəmisindədir. "Qəbələ" onlardan bir pillə öndədir. "Qırmızı-qaralar"ın hesabında 19 xalı var. Çempionatın sonuna isə cəmi 6 tur qalıb.

​Futbolla maraqlanan çoxu artıq hökmünü verib. Hamı deyir ki, Yevlax uşaqlarının işi bitdi, gələn il elitada olmayacaqlar. Amma kənardan baxan kəs ancaq rəqəmlərə fikir verir. Cədvəldəki yer başqadır, meydanda vuruşmaq tam başqa.


Düzdür, statistika heç də xoş deyil. Yevlaxlılar bu il cəmi iki qələbə qazanılıblar və hər iki oyunda da rəqib "Kəpəz" olub. Komanda digər matçlarda da can qoyub, amma nədənsə alınmayıb.


​Ancaq tək can qoymaqla iş aşmır. Vuruşmaq yaxşıdır, amma o uşaq səhvləri hər şeyi korlayır. Oyunun taleyi həll olan yerdə diqqət niyə dağılır? Qol vurmaq lazım gələndə ayaqlar niyə dolaşır? "Döyüşürük" deyib rəqibə xal paylamaqla hara gedirik? Savaşmaq şərtdir, amma meydanda bir az da ayıq-sayıq olmaq lazımdır. Yevlax təmsilçisi geri çəkilmir, lakin hücumda soyuqqanlı deyil. Bu artıq xarakter yox, birbaşa sistem xətasıdır.


​Yenə də bir həqiqət var: "Karvan-Yevlax" hələ "ağ bayraq" qaldırmayıb. Məğlub ola bilərlər, xal itirərlər, amma meydandan heç vaxt ruhsuz çıxmırlar. Rəqiblərin büdcəsi böyük, heyəti ulduzla dolu ola bilər, amma bu uşaqların heç kimdə olmayan inadı var.


"Şamaxı" ilə matç xarakter sınağı olacaq. Meydanda hər qarış üçün dirəşmək, son saniyəyə qədər o əzmkarlığı göstərmək şərtdir. Yevlax futbolunun hələ nəfəs aldığını sübut etmək üçün bu oyun böyük şansdır. Taleyi ilə barışan tərəfdən onsuz da xeyir gəlməz. "Ağ-qaralar" hələ ki bu qismətlə razılaşmaq fikrində deyil. Liqadan düşmək qaçılmaz görünə bilər, amma daxili ruh ölməyibsə, bu hələ son deyil. 


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR