son dəqiqə SON DƏQİQƏ
"Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ●

Jo Batista: “2-ci pilləyə yüksələcəyimizə inanıram”- MÜSAHİBƏ

Bölmə adı ---
Yayımlandı 18-04-2026, 12:06

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində "Araz-Naxçıvan" - "Turan-Tovuz"a məğlub oldu - 0:3.


Qarşılaşmadan sonra qonaq komandanın üzvü Jo Batista Sport1.az-a müsahibə verdi. 


Həmin müsahibəni təqdim edirik... 


 

– Oyun haqqında düşüncələriniz?

– İlk hissədə istədiyimiz oyunu göstərə bilmədik. Fasilədə məşqçimiz bizə müəyyən tapşırıqlar verdi. İkinci hissədə isə daha yaxşı çıxış edərək istədiyimiz nəticəni qazandıq və vacib qələbə əldə etdik.


– Demək olar ki, hər qarşılaşmada həlledici qollar vurursunuz. Azarkeşlər arasında artıq sizə “joker oyunçu” deyirlər. Bu sizə necə təsir edir?

– Bu, məni sevindirir. Azarkeşlərimizin mənə dəstək olması çox xoşdur. Onların sevgisi və dəstəyi mənə əlavə motivasiya verir. Hər zaman özümü daha güclü hiss edirəm.


– Hazırda "Qarabağ" ilə xal fərqiniz çox azdır. 2-ci pilləyə yüksəlmək şansınızı necə qiymətləndirirsiniz?

– Bəli, bu, bizim üçün böyük motivasiyadır. Qarşıdakı oyunlara ciddi hazırlaşırıq. Məqsədimiz qələbə qazanaraq turnir cədvəlində 2-ci pilləyə yüksəlməkdir. Buna nail olacağımıza inanıram.


– Növbəti oyununuz "Zirə"yə qarşı Bizon Azərbaycan Kubokundadır. İlk oyunun nəticəsinə görə 2 top fərqi ilə geridəsiniz. Geri dönüş şansınızı necə görürsünüz?

– Açığı, 2 top fərqi böyük görünə bilər, amma futbolda hər şey mümkündür. Biz inanırıq ki, yaxşı oyun göstərsək bu fərqi aradan qaldıra bilərik. Komanda olaraq sona qədər mübarizə aparacağıq və finala yüksəlmək üçün əlimizdən gələni edəcəyik.



MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR