son dəqiqə SON DƏQİQƏ
"Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən darmadağın ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ●

Bakıda “Badminton Günü” təşkil olunub

Bölmə adı Futbol / Digər
Yayımlandı 17-04-2026, 20:43

Aprelin 17-də Bakı Badminton Klubunda Mill Paralimpiya Komitəsi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə “Parabadminton Günü” təşkil olunub.


Sport1.az xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyi, Milli Paralimpiya Komitəsi və Azərbaycan Badminton Federasiyasının rəsmiləri, eləcə də milli komandamızın parabadmintonçuları iştirak ediblər.


Əlilliyi olan yeniyetmə və gənclər üçün təşkil olunan tədbir çərçivəsində iştirakçılar parabadminton idman növü ilə ilk dəfə tanış olub, bu idman növünün qaydaları, əsas texniki elementləri və oyun prinsipləri barədə nəzəri biliklər əldə ediblər. Daha sonra onlar məşqçilərin rəhbərliyi ilə praktiki məşqlərdə iştirak edərək parabadmintonu sınaqdan keçirmək imkanı qazanıblar.


Tədbirin əsas məqsədi parabadmintonun ölkəmizdə təbliği, əlilliyi olan şəxslərin idmana cəlb olunması, inklüziv idman mühitinin təşviqi və yeni idman istedadlarının üzə çıxarılmasıdır.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR