son dəqiqə SON DƏQİQƏ
"Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ●

“Beşiktaş” milli üzvü üçün 60 milyon avro tələb edəcək

Bölmə adı Futbol / Türkiyə
Yayımlandı 17-04-2026, 13:26

“Beşiktaş”ın futbolçusu Orkun Kökçünün transfer qiyməti bəlli olub.


Sport1.az “Fanatik”ə istinadən xəbər verir ki, “ağ-qaralar” 25 yaşlı futbolçunun transferindən 60 milyon avro qazanmaq istəyir.


Türkiyə millisinin üzvü üçün daha əvvəl 50 milyon avro transfer haqqı təyin edən klub rəhbərliyi, oyunçunun yüksələn performansı və Dünya Kubokunda iştirakı səbəbindən bu rəqəmi artırıb.


Belə ki, “Beşiktaş” Orkun üçün 60 milyon avrodan aşağı transfer təkliflərini nəzərdən keçirməyəcək.


Transfer bu qiymətə baş tutarsa, “qartallar” Superliqa tarixində ən bahalı oyunçu satışı rekordunu ikiqat artıracaq. Hazırkı rekord 30 milyon avro ilə Saşa Boey (“Qalatasaray”dan “Bavariya”ya) və Ferdi Kadıoğluna (“Fənərbağça”dan “Brayton”a) məxsusdur.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR