son dəqiqə SON DƏQİQƏ
"Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən darmadağın ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ●

Azərbaycan təmsilçisi lider oldu

Bölmə adı Şahmat
Yayımlandı 17-04-2026, 12:18

Azərbaycan şahmatçısı Nicat Abasov Polşanın Katovitse şəhərində təşkil edilən şəxsi Avropa çempionatında liderliyə yüksəlib.


Sport1.az xəbər verir ki, qrossmeyster IX turdan sonra birinci pillədə qərarlaşıb.


N.Abasov hesabat turunda İsrail təmsilçisi Benni Ayzenberqi məğlub edib. Aydın Süleymanlı ispan David Qiharro ilə ilə heç-heçə edib.


Hazırda 7 xal toplayan Süleymanlı 5-ci pillədə qərarlaşıb. Hərəyə 7,5 xal toplayan Nicat Abasov və ispaniyalı David Qiharro 1-2-ci yerləri bölüşürlər. 7 xal toplayan digər azərbaycanlı şahmatçı Məhəmməd Muradlı 12-ci pillədədir.


Bu gün baş tutacaq X tur liderlərin dueli ilə diqqəti cəlb edir. Eyni xala malik Nicat Abasovla David Qiharonun mübarizəsi vahid lideri müəyyənləşdirə bilər.


Liderlərdən uzaqlaşan Riad Səmədov, Xaqan Əhməd və Xəzər Babazadə hərəyə 6 xal toplayıb.


Qeyd edək ki, Avropa çempionatında ilk "20-lik"də qərarlaşacaq şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaq.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR