son dəqiqə SON DƏQİQƏ

“İnter”in üzvü Premyer Liqada çıxış edə bilər

Bölmə adı İngiltərə
Yayımlandı 16-04-2026, 20:56

A Seriyası təmsilçisi "İnter"in yarımmüdafiəçisi Davide Frattesi karyerasını İngiltərədə davam etdirə bilər.


Sport.az "CaughtOffside" nəşrinə istinadən xəbər verir ki, italiyalı futbolçu ilə "Mançester Yunayted" yaxından maraqlanır.


O, "qırmızı şeytanlar"ın yay transfer pəncərəsi üçün ən real namizədlərindən hesab olunur.


Qeyd edək ki, Davide Frattesi cari mövsüm "İnter Milan" forması ilə meydana çıxdığı 29 görüşdə 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR