
UEFA Çempionlar Liqasının 1/4 mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək "Liverpul" - PSJ oyununun hakimləri bəlli olub.
Sport1.az xəbər verir ki, görüşü İtaliyadan olan hakimlər briqadasına həvalə edilib.
Qarşılaşmada baş hakim Mauritsio Maryaniyə Daniele Bindoni və Alberto Teqoni kömək edəcəklər.
Matteo Marçetti isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, matç aprelin 14-ü, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.