son dəqiqə SON DƏQİQƏ
DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ●

Yevgeni Kukseviçin: “Fərdi səhvlər üzərində işləməliyik”

Bölmə adı Digər
Yayımlandı 11-04-2026, 18:22

“Bu gün fərdi olaraq çox səhvlərə yol verdik".

 

Sport1.az xəbər verir ki, bu sözləri yığmamızın baş məşqçisi Yevgeni Kukseviçin Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.


O, Gürcüstan seçməsinə qarşı keçirdikləri yoldaşlıq görüşü (2:5) ilə bağlı fikirlərini bölüşüb:


“Səhvlərimizdən rəqib maksimum istifadə etdi və psixoloji baxımdan üstünlük qazandı. Xüsusilə də təcrübəli futzalçılardan belə səhvlər gözləmirdim. Demək olar ki, rəqib özü qol vəziyyəti yaratmadı, biz o vəziyyətləri verdik onlara. Fiziki baxımdan da bilirdik ki, üst səviyyədə deyilik. Bu, ikinci hissədə aşkar özünü büruzə verdi. Əsas fərdi səhvlər üzərində işləməliyik. Bu oyunlar göstərdi ki, qapımıza vurulan qollarda özümüz rəqibə daha çox kömək etmiş oluruq".



Qeyd edək ki, hazırlıqlarını davam etdirən yığmamız aprelin 13-ü və 15-də Aktaü şəhərində Qazaxıstan millisi ilə yoldaşlıq oyunları keçirəcək.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR