SON DƏQİQƏ
İtaliya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sport1.az xəbər verir ki, yığmanı hazırda U-21-ə rəhbərlik edən Silvio Baldini çalışdıracaq.
Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
67 yaşlı mütəxəssislə iyun ayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, İtaliya Futbol Federasiyası bir neçə gün öncə Cennaro Qattuzo ilə yollarını ayırıb.