
"Atletiko Madrid" "Atalanta"nın futbolçusu Ederson üçün 40 milyon avro ödəməyə hazırdır.
Sport1.az xəbər verir ki, bu haqda "Tutto Sport" nəşri məlumat yayıb.
26 yaşlı oyunçu Madrid klubuna keçməyə razıdır.
Qeyd edək ki, Edersonun Berqamo təmsilçisi ilə sözləşməsi 2027-ci ilin yayında başa çatacaq.