son dəqiqə SON DƏQİQƏ
DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ●

"Samir Abasov məktəbi"ni layiqincə davam etdirən Saşa İliç - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 10-04-2026, 12:34

Məktəb — elmə yiyələndiyimiz müqəddəs məkan, həyatımızın ən gözəl illərinin şahidi.


Müasir dövrdə hər kənddə, hər qəsəbədə bir neçə məktəb fəaliyyət göstərir. Halbuki bir vaxtlar ölkəmizdə təhsil ocağı tapmaq böyük bir problem idi. Həmin dövrdə imkanı olan şəxslər məktəb açaraq xalqın maariflənməsinə töhfə verməyə çalışırdılar.


​Bu gün isə "məktəb" anlayışı təkcə təhsil müəssisələri ilə məhdudlaşmır. Hansısa işin mahir ustası olan insanları da çox vaxt "canlı məktəb" adlandırırlar. 


​Yadıma Samir Abasovun "Neftçi"nin sükanı arxasında olduğu dövr düşür. Mütəxəssis hər oyundan sonra bəhanələr gətirir, mütləq kimisə günahlandırırdı. Abasov bu sahədə sanki "canlı məktəb" idi. Heç vaxt özündə günah görməz, məğlubiyyət üçün mütləq bir "səbəbkar" tapardı. İndi də Saşa İliç onun yolunu uğurla davam etdirir. 


"Sumqayıt" Premyer Liqada artıq 8 oyundur ki, qələbə üzünə həsrətdir. Serbiyalı məşqçi isə bu müddət ərzində özündən başqa hər kəsi günahkar çıxarmağı bacarıb. Oyun bitir, mikrofonlar açılır və İliç "səhnəyə" çıxır. Onun mətbuat konfransları artıq ciddi bir təhlildən çox, "stand-up" şousunu xatırladır. Hər dəfə yeni bir bəhanə, yeni "analizlər" ortaya çıxır: "Rəqib güclü idi", "Bəxtimiz gətirmədi", "Detallar çatmadı"... Siyahı uzandıqca uzanır, lakin bircə cümlə heç vaxt deyilmir: "Günah məndədir".


Maraqlıdır, İliç Azərbaycan futbolunda nə ilə yadda qalacaq? Taktikası ilə? Yoxdur. Nəticələri ilə? O da yoxdur. Qalır yalnız heç kimin inanmadığı bəhanələri. Çünki futbol meydanı boş nitqləri və məsuliyyətdən qaçanları heç vaxt bağışlamır.


​MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR