son dəqiqə SON DƏQİQƏ
DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ●

"Uşaqlar hesabda geri düşməyimizə rəğmən, ruhdan düşmədilər" - Millinin futzalçısı

Bölmə adı Futbol
Yayımlandı 10-04-2026, 11:48

"Yaxşı oynadıq. Birinci hissədə qol vura bilməsək də, real imkanlar baxımından üstün idik. 6-7 epizodu boşa verdik".



Sport1.az xəbər verir ki, bu barədə yığmanın üzvü Nihad İsmayılov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.


O, Tbilisidə rəqibə 2:4 hesabı ilə uduzduqları matçla bağlı fikirlərini bölüşüb:


"Yaxşı oynadıq. Birinci hissədə qol vura bilməsək də, real imkanlar baxımından üstün idik. 6-7 epizodu boşa verdik. Dəyərləndirə bilsəydik, matçın gedişi fərqli olacaqdı. Əvəzində meydan sahibi komanda səhvlərimizi bağışlamadı. Çaşqınlıqdan istifadə edib, bir dəqiqə ərzində ardıcıl iki qol vuraraq üstünlük qazandılar. İkinci hissəyə fərqli başladıq. Bu dəfə qolu biz vurduq. Fasilədən sonra bərabər oyun oldu. Baş məşqçi komandaya cəlb edilən gənclərə də şans verdi. Əlbəttə, onlar dəvət olunublarsa və səfərə gətiriliblərsə, təcrübə toplamaq baxımından meydana çıxmaqları lazım idi. Onlar üçün yaxşı təcrübə oldu. Yoxlama oyunları da buna görə əhəmiyyətlidir".


N.İsmayılov bu rəqiblə yenidən üz-üzə gələcəklərini xatırladıb:


"Bu dəfə qələbə qazanan tərəf biz olarıq. Oyundan oyuna yaxşı tərəfdən seçilir komandamız. Yaxşı kollektivimiz var. Ab-hava da müsbətdir. Uşaqlar hesabda geri düşməyimizə rəğmən, ruhdan düşmədilər. Bu, fərqləndiriləcək məqamdır. Ardıcıl keçirəcəyimiz yoldaşlıq oyunları da irəliyə addım atmaq baxımından xeyrimizə olacaq".


Qeyd edək ki, Azərbaycan millisi aprelin 11-də eyni məkanda Gürcüstanla ikinci dəfə görüşəcək. Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR