son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir

"Barselona" üçün qol buraxıb-buraxmamaq o qədər də vacib deyil" - Simeone

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 8-04-2026, 10:52

Diego Simeone "Atletiko"nun "Barselona" ilə UEFA Çempionlar Liqası 1/4 final oyunu öncəsi fikirlərini bölüşüb.


Sport1.az xəbər verir ki, təcrübəli mütəxəssis öz açıqlamasında bunları qeyd edib:


“Çempionlar Liqası çox çətin turnirdir, "Barselona" isə həlledici mərhələdə çox güclü rəqibdir. Xüsusilə evdə çox güclüdürlər, son 23 oyunun yalnız birini uduzublar. Biz oyunu elə səviyyəyə çatdırmağa çalışacağıq ki, onlara problem yarada bilək.


Biz buraya mübarizə aparmaq üçün gəlmişik. Rəqibə hörmət edirik, amma kimlə oynamağımızdan asılı olmayaraq burada olmaqdan çox məmnunuq.


Bütün komandalar hücumda yaxşılaşanda müdafiədə zəifləyir. "Barselona" da belə komandadır, hücumda çox güclüdür. Onlar üçün qol buraxmaq o qədər də problem deyil, çünki üç qol vuracaqlar. Bu, məntiqlidir. Biz də elə bir mərhələdəyik ki, hücumumuz müdafiədən daha yaxşı olmağa başlayır”, – deyə Simeone bildirib.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR