son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ●

“Santos” Neymarı mundiala hazırlayır: 14 oyundan 13-də meydanda olacaq, xüsusi nəzarət planı tətbiq edilir

Bölmə adı Futbol
Yayımlandı 7-04-2026, 17:08

"Santos" klubu qarşıdan gələn dünya çempionatı ərəfəsində əsas ulduz oyunçusu Neymarı pik formaya çatdırmaq üçün xüsusi və genişmiqyaslı strategiya hazırlayıb.



Sport1.az xəbər verir ki, futbol komandası mundial start götürənə qədər daha 14 görüşdə qüvvəsini sınayacaq. Klub rəhbərliyinin planına əsasən, təcrübəli hücumçu bu matçların 13-də yaşıl meydanda mübarizə aparacaq.



Bu prosesdə ulduz futbolçunun fiziki durumu daim ciddi nəzarət altında saxlanılacaq. Plana əsasən, yeganə istisna gələn çərşənbə günü Cənubi Amerika Kuboku çərçivəsində "Deportivo Kuenka"ya qarşı keçiriləcək matç olacaq və o, bu görüşdə iştirak etməyəcək. Digər qarşılaşmalarda isə hücumçunun vəziyyəti fərdi qaydada analiz ediləcək, həlledici və vacib oyunlara xüsusi önəm veriləcək.



Mənbənin yaydığı məlumata görə, Neymar hazırda gündə iki dəfə olmaqla yüksək intensivlikli məşqlər həyata keçirir. Tanınmış futbolçunun əsas hədəfi milli komandanın dünya çempionatına yollanacaq yekun heyətində özünə yer etməkdir.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR