son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ●

"Arsenal"ın və və Uels millisinin sabiq üzvü karyrasını bitirdi

Bölmə adı Futbol
Yayımlandı 7-04-2026, 16:04

Uels millisinin və "Arsenal" klubunun sabiq yarımmüdafiəçisi Aaron Remzi futbolçu karyerasını başa vurub.



Sport1.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.



"Bu qərar asan qəbul edilmədi. Çox düşündükdən sonra futboldan təqaüdə çıxmaq qərarına gəldim. İlk olaraq Uels millisindən başlamaq istəyirəm. Bu formanı geyinmək və komanda ilə belə anlar yaşamaq mənim üçün böyük şərəf idi. İnkişafımda rolu olan bütün məşqçilərə və işçi heyətinə təşəkkür edirəm", – deyə o söyləyib.



Remzi çıxış etdiyi klublara da minnətdarlığını bildirib.


Qeyd edək ki, uelsli oyunçu karyerası ərzində "Arsenal", "Kardiff Siti", "Nottinqem Forest", "Nitsa", Şotlandiyada "Reyncers" və  "Yuventus" klublarının formasını geyinib. Onun son komandası Meksikanın "Pumas" kollektivi olub.



Remzi klub səviyyəsində üç dəfə İngiltərə Kubokunu və Superkubokunu, həmçinin İtaliya və Şotlandiya Kuboklarını qazanıb. O, Uels millisində 86 oyuna çıxıb və 21 qol vurub.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR