"Fənərbağça"da ciddi itki - Bu futbolçu növbəti oyunu buraxacaq

Bölmə adı Türkiyə
Yayımlandı 6-04-2026, 16:28

“Fənərbağça” komandası ciddi itki ilə üzləşib.



Sport1.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Marko Asensio zədələnib. Yarımmüdafiəçi ötən gün “Beşiktaş”la keçirilən derbi oyununda (1:0) dizindən xəsarət alıb.



İspaniyalı oyunçu Superliqanın XXIX turunda “Kayserispor”la səfər görüşünü buraxacaq. Qarşılaşma aprelin 11-də reallaşacaq.



Hazırda “Fənərbağça” 63 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR