son dəqiqə SON DƏQİQƏ
Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ●

Tanınmış oyunçu 55 yaşında futbola qayıtdı

Bölmə adı Futbol
Yayımlandı 6-04-2026, 16:05

Finlandiya futbolunun əfsanəsi Yari Litmanen 55 yaşında yenidən yaşıl meydanlara qayıdıb.



Sport1.az xəbər verir ki, o, Estoniyanın "Kalev" klubunun üçüncü komandasında (IV divizion) forma geyinəcək.



Sözügedən klub "Liverpul"un (İngiltərə) və Estoniya millisinin keçmiş müdafiəçisi Raqnar Klavana məxsusdur.



Litmanen hələ 2025-ci ilin oktyabrında heyət çatışmazlığı səbəbindən "Kalev"də bir neçə oyun keçirmişdi. Həmin vaxt əfsanəvi futbolçu meydanda öz yeniyetmə oğulları ilə birlikdə çıxış etmişdi.



Qeyd edək ki, karyerası ərzində Niderlandın "Ayaks", İspaniyanın "Barselona" və İngiltərənin "Liverpul" kimi klublarının formasını geyinən Litmanen 1995-ci ildə Amsterdam klubu ilə UEFA Çempionlar Liqasının qalibi olub. Finlandiya yığmasında 137 oyun keçirən yarımmüdafiəçi ölkə tarixinin ən güclü futbolçusu hesab edilir.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR