
İspaniyanın “Real Madrid” klubu yay fasiləsində Almaniya təmsilçisi “Bavariya”nın futbolçusu Maykl Oliseni heyətinə qatmaq istəyir.
Sport.1az xəbər verir ki, Madrid klubu hazırda 25 yaşlı oyunçu üçün tezliklə hərəkətə keçəcək.
Mümkün transferin məbləğinin təxminən 200 milyon avro olacağı bildirilir.
Qeyd olunur ki, Olisen 2024-cü ildə “Kristal Pelas”dan “Bavariya”ya keçib.