
Rumıniya millisinin əfsanəvi baş məşqçisi Mirça Luçesku 81 yaşında vəfat edib.
Sport1.az “Gusholder Haber Bülteni”nə istinadən xəbər verir ki, o, bu gün səhər saatlarında beyin ölümü səbəbindən dünyasını dəyişib.
Xatırladaq ki, Luçesku martın 29-da təcili xəstəxanaya yerləşdirilmişdi. Onun vəziyyəti Slovakiyaya uçuş ərəfəsində, son məşqdən əvvəl keçirilən texniki iclas zamanı pisləşmişdi. Aprelin 2-də isə o, Rumıniya millisinin baş məşqçi postundan ayrılmışdı.
Qeyd edək ki, Mirça Luçesku məşqçilik karyerası ərzində İtaliyanın "İnter", "Piza", "Breşiya", Türkiyənin "Qalatasaray", "Beşiktaş", Ukraynanın "Dinamo" (Kiyev) və "Şaxtyor" (Donetsk) komandalarına rəhbərlik edib. O, 2024-cü ildən Rumıniya yığmasını çalışdırırdı.