son dəqiqə SON DƏQİQƏ
DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ●

Çövkən çempionatında tur arxada qaldı

Bölmə adı Digər
Yayımlandı 6-04-2026, 12:26

Peşəkar Çövkən Liqasında 3-cü tura yekun vurulub.



Sport1.az xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasından verilən məlumata görə turun mərkəzi qarşılaşmasında ilk 2 oyunda qalib gəlmiş “Embawood” və “Sərhədçi” komandaları görüşüblər.


Matç sərhədçilərin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Günün digər oyununda “Buta Qolden” “Şamaxı”nın qapısından 5 cavabsız top keçirib. Bazar günü keçirilmiş oyunlarda səviyyə fərqi silahlanmamış nəzərlərlə hiss olunub. “Zəfər” “Xəzər”i 7-0, “Polad” isə “Omar”ı 3-0 hesabı ilə məğlub edib. “Elit”lə oyuna çıxmadığı üçün “Atilla” klubuna 0-6 hesablı texniki məğlubiyyət verilib.


3 turdan sonra “Polad”, “Sərhədçi” və “Elit” komandaları 9 xalla turnir cədvəlinə başçılıq edirlər. Daha 3 komandanın aktivində 6 xal var.


Bombardirlərin siyahısına “Polad” klubundan Şəfayət Budaqov başçılıq edir. Onun aktivində 9, komanda yoldaşı Samir Pirimovun hesabında isə 8 qol var. “Sərhədçi”nin yetirmələrindən Vahid Məmmədov 7, İbrahim Rzalı 5 qol vurub.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR