son dəqiqə SON DƏQİQƏ
DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ●

Vernidub "Neftçi" üçün yeni sistem formalaşdırıb - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 6-04-2026, 10:53

"Neftçi" ardıcıl 3-cü Premyer Liqa matçında qələbə qazanır. Qəribədir? Xeyr! "Neftçi" yenidən öz kimliyinə dönür. İllərdir azarkeşlərin həsrətində olduğu oyun fəlsəfəsi artıq meydanda hiss olunur. 


Yuri Vernidub sükan arxasına keçəndən sonra komanda özünü yenidən tapdı. 11 rəsmi oyunda cəmi 1 məğlubiyyət. Bu, təsadüf deyil. Sistemdir, intizamdır, geri dönüşün başlanğıcıdır.


"Sumqayıt"la matçda Emin Mahmudov iştirak etmirdi. Çünki kapitan zədəli idi. Əvvəllər belə hallar olanda "Neftçi" xal itirər, digər məşqçilər dərhal bunu bəhanə edərdilər. İndi isə vəziyyət dəyişib. Emin yoxdur? Emil var, Metyü var! Onlar yoxdur? Problem deyil! Elvin var, Kuç var! Yəni, artıq "Neftçi" 1 nəfərdən asılı komanda deyil. Vernidub kollektiv oyuna üstünlük verən sistem formalaşdırıb. Bu da flaqmanın xeyrinə olan məqamdır.


"Sumqayıt"la oyundan sonra deyilən sözlər isə rəqiblər üçün mesajdır:


"Uşaqlara demişəm ki, ağır aprel ayı var. 5 oyunumuz olacaq və ardıcıl güclü rəqiblərlə oynayacağıq. Bu, əladır. Bu oyunları səbirsizliklə gözləyirəm. Komandamın nəyə qadir olduğunu görmək istəyirəm. Bu matçları bir nəfəslə keçə bilsək, yaxşı olacaq".


Yəni, "Neftçi" heç kimdən geri qalmır. İlk 4-lük? Artıq "Neftçi" əsas rəqiblərini məğlub edəcək gücdədir. Qarşıda 8 oyunluq marafon var. Flaqman bu tempdə davam etsə, fərq qapanacaq. Artıq rəqiblər bu təzyiqi hiss edirlər.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR