
İngiltərə Kubokunun 1/4 finalında "Liverpul"la oyun "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.
Sport1.az xəbər verir ki, "şəhərlilər" ilk dəfə ispaniyalı mütəxəssisin rəhbərliyi altında ardıcıl üç oyunda Mersisayd təmsilçisinə qalib gəlib.
Komanda daha əvvəl bu rəqibi Premyer Liqada 2:1 və 3:0 hesabı ilə üstələyib.
Xatırladaq ki, "Mançester Siti" ötən gün "Liverpul"u dörd cavabsız qolla məğlub edib.