son dəqiqə SON DƏQİQƏ
AÇ-2028: Millimiz seçmə mərhələdə 5 -ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ●

19 boksçumuz Böyük İpək Yolu turnirinin yarımfinalında

Bölmə adı Döyüş
Yayımlandı 5-04-2026, 21:18

Bakıda ənənəvi Böyük İpək Yolu beynəlxalq turniri davam edir.


Sport1.az xəbər verir ki, yarışın dördüncü günündə kişi boksçular arasında 1/4, qadınlarda 1/2 final mərhələsi başa çatıb.


50 kq-da Sübhan Mamedov Şipsi Laçlanla (Avstraliya) üz-üzə gəlib. Dünya çempionumuz hər 3 raundu xeyrinə bitirib və 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. O, yarımfinalda Qoqa Topuriya (Gürcüstan) ilə döyüşəcək.


Bu çəkidə Bilalhəbaşi Nəzərov də mərhələ adlayıb. O, komanda yoldaşı Yusif Soltanov üzərində vaxtından əvvəl qələbə qazanıb. Nəzərov finala gedən yolda Sahil Allahverdovi (Gürcüstan) ilə qarşılaşacaq.


Məhəmmədəli Aşırəliyev (60 kq) Ümid Rüstəmov 3:2 (29:28, 28:29, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında Altınbek Nursultanla (Qazaxıstan) münasibətinə aydınlıq gətirəcək.


Eyni çəkidə Məhəmmədəli Qasımzadə Tolqa Kayanı (Türkiyə) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27). O, finala uğrunda Mouates Beçeqra (Əlcəzair) 4:1 (30:27, 29:28, 30:27, 27:30, 30:27) hesabı ilə qalib gələn komanda yoldaşı Tayfur Əliyevlə gücünü yoxlayacaq.


Sərxan Əliyevin (70 kq) rəqibi Oliver Vilson (Avstraliya) döyüşə çıxmayıb. Təmsilçimiz yarımfinalda Refik Kartalla (Türkiyə) qarşılaşacaq.


Beləliklə, kişilər arasında sabah keçiriləcək yarımfinal mərhələsində 19 boksçumuz rinqə çıxacaq. Onlar bu mərhələyə yüksəlməklə özləri üçün azı 3-cü yeri təmin ediblər.


Qadınlardan ibarət millimizin heyətində isə Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) turniri bürünc medalla başa vurublar.


Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turniri aprelin 7-də başa çatacaq. Qadın boksçuların final döyüşləri sabah olacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR