son dəqiqə SON DƏQİQƏ
AÇ-2028: Millimiz seçmə mərhələdə 5 -ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ●

Bakıda Bədii gimnastika üzrə beynəlxalq turnir yekunlaşıb

Bölmə adı Digər
Yayımlandı 5-04-2026, 19:23

3–5 aprel tarixlərində Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə AGF Trophy 2026 beynəlxalq turniri keçirilib.


Sport1.az xəbər verir ki, üç gün davam edən yarışda 15 ölkədən gimnastlar iştirak ediblər.


Azərbaycanı bu mötəbər turnirdə Azadə Atakişiyeva, Fidan Qurbanlı, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Ayla İsgəndərli, Nuray Muradlı və Gülnur Məmmədli təmsil ediblər.


Turnirin ilk günündə gənclər və böyüklər yaş kateqoriyaları üzrə çıxış edən gimnastlar fərdi proqramda top və halqa ilə, qrup hərəkətləri proqramında isə 5 top ilə bacarıqlarını nümayiş etdiriblər.


İkinci gün fərdi və qrup hərəkətləri üzrə komanda hesabında çoxnövçülük yarışının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Gimnastlarımız Kamilla Seyidzadə və Fidan Qurbanlı komanda hesabında gümüş medal qazanaraq uğurlu çıxışları ilə seçiliblər.


Yarışın son günündə də gimnastlarımız yüksək nəticələrlə yadda qalıblar. Gənclər yaş kateqoriyasında Azadə Atakişiyeva top ilə fərdi proqramda gümüş, lent ilə proqramda isə qızıl medal qazanıb. Böyüklər arasında Gövhər İbrahimova halqa və lent proqramlarında bürünc, Fidan Qurbanlı isə top proqramında gümüş medal əldə edib.


Turnir çərçivəsində tamaşaçılar üçün müxtəlif interaktiv müsabiqələr də təşkil olunub. Müsabiqə qalibləri 17–19 aprel tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya kubokuna bilet qazanıblar.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR