son dəqiqə SON DƏQİQƏ
DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ●

Əliyar nə etdiyinin fərqindədir? - YAZI

Bölmə adı Yazı
Yayımlandı 5-04-2026, 11:57

"Turan Tovuz" - "Zirə" matçında yaşananlar yeni səviyyə idi. 


Oyun bakılıların 2:0 hesablı qələbəsi ilə başa çatdı. Lakin meydanda baş verənlər, biabırçı qərarlar nəticəni kölgədə qoydu.


Əliyar Ağayev oyunu idarə etdiyini düşünür, amma elə deyil. FİFA referisinin verdiyi qərarlar bir komandanın əziyyətini, bir şəhərin ümidini, minlərlə azarkeşin inamını dəyişdi. Görəsən, Əliyar nə etdiyinin fərqindədir?

 

Bu sualın cavabı mənə çox maraqlıdır. Bu qədər insanın haqqına girilən oyundan sonra “sadəcə səhvdir” deyib keçmək doğrudanmı asandır? Bu, qul haqqına girmək deyil?


Vəziyyət elə yerə gəlib çatıb ki, Ehtiram Quliyev kimi səbrli insan da açıq şəkildə narazılığını bildirir. Heç kim hakimlərdən qüsursuzluq istəmir. Amma hər tur təkrarlanan eyni ssenarini də “səhv” adı ilə örtmək olmur. 


Bu cür hakimliklə futbolu inkişaf etdirə bilmərik. Əksinə, onu məhvə aparırıq. Əliyar kimilər də belə səhvlərlə bu prosesin daha da sürətlənməsinə səbəb olur.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR