son dəqiqə SON DƏQİQƏ
DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ●

8 boksçumuz beynəlxalq turnirində yarımfinala yüksəlib

Bölmə adı Döyüş
Yayımlandı 4-04-2026, 22:24

Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turniri davam edir. 


Sport1.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin boksçusu yarımfinala vəsiqə qazanıb.


65 kq-da Emili Rzayeva Melissa Hamdanı (Əlcəzair) 3:2 (28:29, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib. O, yarımfinalda Eve Brisonla (Avstraliya) üz-üzə gələcək.


Amin Məmmədzadə (55 kq) Otabek İsmoilovdan güclü olub – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü yarımfinal gürüşündə Mohamed Abbasa (Əlcəzair) 4:1 (30:26, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə qalib gələn komanda yoldaşı Zidan Hümbətovla döyüşəcək.


Bu çəkidə Zəlimxan Süleymanov – Nicat Hüseynov duelində birinci qələbə qazanıb – 4:0 (29:27, 30:26, 28:28, 30:26, 29:26). Süleymanov növbəti döyüşünü Timur Kabdeşova (Qazaxıstan) qarşı keçirəcək.


65 kq-da Zaur Qəhrəmanov komanda yoldaşı Mahmud Hüseynovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 30:26) hesabı ilə məğlub edib. Boksçumuz yarımfinalda Asadbek Rajabovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək.


Eyni çəkidə Malik Həsənov da adını yarımfinala yazdırıb. O, 1/4 finalda Levan Demurovini (Gürcüstan) mübarizədən kənarlaşdırıb – 4:1 (30:27, 29:28, 30:27, 28:29, 30:27). Həsənov növbəti görüşündə Viktorio İliyevlə (Bolqarıstan) gücünü yoxlayacaq.


75 kq-da Rasim Çobanlı Vitali Pavlenkoya (Moldova) qalıb gəlib – 3:0 (28:28, 30:26, 29:27, 28:28, 30:26). O, yarımfinalda Şerbek Şokirovla (Özbəkistan) görüşəcək.


85 kq-da isə Murad Allahverdiyev turnirə qələbə ilə başlayıb. Boksçumuz Yeriço Daleni (Avstraliya) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Allahverdiyev finala gedən yolda Batırbek Benkuru (Qazaxıstan) sınağa çəkəcək.


Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı təmin ediblər. Kişi idmançıların yarışında bu mərhələ sabah yekunlaşacaq.


Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turniri aprelin 7-də başa çatacaq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR