son dəqiqə SON DƏQİQƏ
DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ●

"Bu hesabla qələbə gözlədiyimi desəm, yalan olar" - MÜSAHİBƏ

Bölmə adı Futbol
Yayımlandı 4-04-2026, 10:00

"Bu hesabla qələbə gözlədiyimi desəm, yalan olar"


Sport1.az xəbər verir ki, bunu mnifutbol üzrə Azərbaycan çempionu olan "Zirə"nin baş məşqçisi Seymur Məmmədov "Birbaşa Bakı" komandasına qarşı keçirilən final matçından sonra deyib.



- “Zirə” “Birbaşa Bakı”nı 4:1 hesabı ilə üstələyərək klub tarixində ilk dəfə Azərbaycan çempionu oldu. Bu uğuru necə dəyərləndirirsiniz?

- Bu nailiyyət bizim üçün çox böyük sevincdir. Uzun illərdir bu məqsəd uğrunda çalışırdıq. Bu gün isə Allahın izni ilə istəyimizə çatdıq.



- Futbolçu kimi “Zirə”də əldə edə bilmədiyiniz çempionluğu baş məşqçi olaraq qazandınız. Bu nəticə üçün hansı yeniliklərə əl atdınız?

- Açığı, köklü dəyişikliklər etdiyimi deyə bilmərəm. Hər şey Allahın qisməti ilə oldu. Sadəcə bu günə yazılıbmış.



-Finalda belə böyükhesablı qələbə qazanacağınızı əvvəlcədən gözləyirdinizmi?

- Açığı, bu nəticəni tam gözlədiyimi deməzdim. Amma bunu da sürpriz saymıram. “Birbaşa Bakı” təkcə ölkədə deyil, beynəlxalq arenada da güclü komandadır, hətta Çempionlar Liqasının qalibi olub. Belə rəqibi məğlub etmək bizim üçün xüsusi hissdir.



Son illərdə çempionatda “Birbaşa Bakı”nın üstünlüyü hiss olunurdu və siz buna son qoydunuz. “Zirə”nin bu uğurun davamını gətirməsi nə dərəcədə mümkündür?

Əlbəttə, məqsədimiz bununla kifayətlənməməkdir. İstəyirik ki, bu çempionluq davamlı olsun. Yalnız daxili arenada deyil, Avropa yarışlarında da sözümüzü demək niyyətindəyik.



Qeyd etdiniz ki, “Birbaşa Bakı” Çempionlar Liqasını qazanıb. Sizcə, eyni zirvəyə “Zirə” də yüksələ bilərmi?

Biz çempion olmasaq belə, yenə də Çempionlar Liqasında uğur qazanmaq məqsədi ilə çıxış edəcəkdik. İndi isə bu hədəf daha da aktuallaşıb və əsas məqsədlərimizdən biridir.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR