
Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib.
Sport1.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 1136.67 əmsalla 124-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan yığması ötən ay "FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olub.
Reytinqin ilk pilləsində Fransa (1877.32) yer alıb. İspaniya (1876.40) ikinci, Argentina (1874.81) üçüncüdür.