SON DƏQİQƏ
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) aprel ayı üçün reytinq cədvəli açıqlanıb.
Sport1.az xəbər verir ki, reytinqdə Azərbaycan şahmatçıları arasında ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. 40 yaşlı qrosmeyster 2715 xalla 27-ci sırada qərarlaşıb.
Teymur Rəcəbov (2698) 37-ci, Aydın Süleymanlı (2653) 64-cü, Eltac Səfərli (2648) 67-ci, Rauf Məmmədov isə (2636) 87-cidir.
Azərbaycanın qadın şahmatçılarından Ülviyyə Fətəliyeva (2431) 29-cu pilləyə yüksəlib. Günay Məmmədzadə (2374) 64-cü, Gövhər Beydullayeva (2358) 85-ci, Xanım Balacayeva (2350) isə 92-ci pillədə yer alıblar.
Siyahıya əvvəlkitək norveçli şahmatçı Maqnus Karlsen (2840) başçılıq edir. ABŞ təmsilçilərindən Hikaru Nakamura (2810) 2-ci, Fabiano Karuana (2793) 3-cüdür.