SON DƏQİQƏ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirib.
Sport1.az xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv səfərdə Bolqarıstan komandası ilə üz-üzə gəlib.
Qarşılaşma Plovdiv şəhərində, Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Gərgin keçən matçda qol səsi çıxmayıb. Oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Xatırladaq ki, U-21 altı komandanın yer aldığı B qrupunda 6 xalla beşinci pillədə qərarlaşıb. Meydan sahibləri 11 xalla dördüncüdür.