
Yurgen Klopp cari mövsümün sonunda "Real" klubunun baş məşqçisi ola bilər.
Sport1.az xəbər verir ki, bu barədə jurnalist Fransua Qallardo "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Məlumata görə, Klopp komandanın hazırkı məşqçisinin rəhbərliyi altındakı nəticələrindən asılı olmayaraq, yayda "Kral klubu"na rəhbərlik edəcək, çünki o, artıq müqavilə imzalayıb.
Almaniyalı mütəxəssislə müqavilənin hansı müddətə nəzərdə tutulduğu hələlik bildirilmir.