
DÇ-2026-nın seçmə mərhələsinin pley-off finalı çərçivəsində Türkiyə ilə Kosovo arasında keçiriləcək matçın hakim təyinatları açıqlanıb.
Sport1.az xəbər verir ki, oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
Bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Görüşün baş hakimi Maykl Oliver olacaq. Ona yan xətt hakimləri Stüart Bört və Ceyms Meynverinq köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Kristofer Kavanax yerinə yetirəcək.