Mane Super Liqada çıxış edə bilər

Bölmə adı Türkiyə
Yayımlandı 29-03-2026, 00:47

“Əl-Nəsr”in futbolçusu Sadio Mane karyerasını Türkiyədə davam etdirə bilər.


Sport1.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


“Beşiktaş” seneqallı hücumçunun xidmətində maraqlıdır. İstanbul klubu yayda oyunçunun transferi üçün danışıqlara başlayacaq.


Qeyd edək ki, Mane bu mövsüm “Əl-Nəsr”in heyətində çıxış etdiyi 26 rəsmi matçda 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR