
"FIFA Series - 2026" beynəlxalq turnirində Azərbaycan - Sent Lüsiya"ənı darmadağın etdi - 6:1.
Qarşılaşmadan sonra millimizin qolkiperi Rza Cəfərov media nümayəndəlirnə açıqlama verdi.
Sport1.az xəbər verir ki, "Qəbələ"nin üzvü əvvəlcə Yusif İmanovun yığmaya çağrılmaması ilə bağlı sualı cavablandırdı:
“Onun haqqında konkret fikir bildirməyim düzgün olmaz. Bu məsələdə son qərar tam şəkildə məşqçilər korpusuna məxsusdur. Onlar həm məşq prosesində, həm də oyunlarda futbolçuların performansını yaxından izləyir, ən optimal seçimləri edirlər. Mən də verilən qərara hörmətlə yanaşıram.”
Rza qarşılaşmanı ümumi olaraq dəyərləndirərək komandanın üstün oyun sərgilədiyini bildirdi:
“Ümumilikdə qarşılaşma bizim üstünlüyümüz şəraitində keçdi. Komandamız yaxşı oyun nümayiş etdirdi. Hava şəraitinin, xüsusilə yağışın müəyyən qədər təsiri hiss olunsa da, bu, planlarımızı ciddi şəkildə pozmadı. Əsas odur ki, istədiyimiz nəticəni əldə etdik.”
Cəfərov bu qələbənin əhəmiyyətli olduğunu vurğuladı:
“Bu qalibiyyət yığmanın tarixində ən böyükhesablı uğurlardan biri kimi yadda qaldı. Bu baxımdan çox məmnunuq. Həm komanda yoldaşlarımı, həm də bizi dəstəkləyən hamını təbrik edirəm.”
Rza Cəfərov növbəti oyun barədə fikirlərini bölüşdü:
“Üç gün sonra Syerra Leone millisi ilə qarşılaşacağıq. Həmin oyuna da maksimum ciddi yanaşaraq, meydanda bütün gücümüzü ortaya qoymaq niyyətindəyik. Məqsədimiz növbəti qələbəni qazanmaq və azarkeşlərimizi, xalqımızı sevindirməkdir.”
MƏHƏMMƏD HÜSEYNOV