son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Millimiz hansı səbətdə yer alacaq?

Bölmə adı Futbol
Yayımlandı 10-06-2026, 14:23

İyunun 19-da, Bakı vaxtı ilə saat 15:00-da 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələnin püşkü atılacaq.
Sport1.az xəbər verir ki, 36 komanda hər birində 12 milli olmaqla 3 səbətə bölünüb.
Püşkdən sonra hər qrupda 3 komanda yer alacaq və onlar ev-səfər prinsipi ilə qarşılaşacaqlar. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq. Millimiz 2-ci səbətdə yer alıb.
Bu mərhələdə komandamızın rəqibləri arasında Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya yığmaları olmayacaq. UEFA İcraiyyə Komitəsinin qərarı ilə 1-ci səbətdə yer alan komandalardan isə Ermənistan yığması komandamızla rəqib ola bilməz. Rusiya yığması ilə bağlı cəza saksiyası isə davam edir.
1-ci səbəti
Portuqaliya, İspaniya, Qazaxıstan, Ukrayna, Fransa, Xorvatiya, İtaliya, Ermənistan, Sloveniya, Çexiya, Polşa, Niderland
2-ci səbəti
Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya, AZƏRBAYCAN
3-cü səbət
Latviya, İsveç, Şimali Makedoniya, Kosova, Andorra, Monteneqro, Norveç, Litva, Danimarka, Albaniya, Estoniya, Şimali İrlandiya
Püşkatma və oyunların keçirilmə tarixləri
Əsas mərhələnin qrup oyunlarının tarixləri: 12-21 oktyabr 2026, 2-11 noyabr 2026, 6-9 dekabr 2026, 22 fevral – 3 mart 2027
Əsas mərhələnin pley-off oyunlarının püşkatması: 3 mart 2027
Əsas mərhələnin pley-off oyunlarının keçirlmə tarixi: 12-21 aprel 2027
Elit-raundun qrup mərhələsinin püşkü: 20 may 2027
Elit-raund qrup mərhələsinin oyunlarının təqvimi: 6-15 sentyabr 2027, 11-20 oktyabr 2027, 13-22 dekabr 2027
Elit-raund pley-off oyunlarının püşkatması: 20 yanvar 2028
Elit-raund pley-off oyunlarının keçirilmə tarixi: 10-19 aprel 2028

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR