SON DƏQİQƏ
FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Sport1.az xəbər verir ki, Azərbaycan kişilərdən ibarət milli komandası siyahıda 2 pillə geriləyib.
Ötən ay reyntinqdə 124-cü olan Ayxan Abbasovun komandası indi 126-cı yeri tutur. Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Litva millisi 149-cu (-1), Lixtentşteyn isə 206-cu yeri tutur (mövqeyində dəyişiklik yoxdur).
Reytinqə əvvəlkitək son dünya çempionu Argentina millisi başçılıq edir.