
Azərbaycanın gənc yelkənçiləri Mərakeşin Tanjer şəhərində optimist sinfi üzrə dünya çempionatında iştirak edəcəklər.
Sport1.az xəbər verir ki, bubarədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.
Yarışda Amira Bayramova, Furkan Mustafayev, Səma Mansurzadə, Kamal Bəşirli və Emel Məmmədli mübarizə aparacaqlar.
Xatırladaq ki, yarış iyunun 18-28-i aralığında baş tutacaq.