son dəqiqə SON DƏQİQƏ
"Qalatasaray" yenə məğlub oldu DÇ-2026-nın ən yaxşı qolu - UEFA Konfrans Liqası: İkinci raundun cavab qarşılaşmalarına start verilir Günün oyunu: "Qarabağ"dan ayrılan Emmanuel Addainin yeni klubu müəyyənləşdi Bu gün UEFA Çempionlar Liqasında cavab oyunları başlayır Dünya Çempionatında 2-ci gün: Daha 5 idmançımız tatamiyə çıxır Azərbaycan çempionu cavab oyununa çıxır Premyer Liqa klublarının yay transferləri Elit kateqoriyalı hakimlər fitness testini uğurla başa vurublar Kamran Zeynalov Dünya Kubokunun qalibi olub AGF üç ölkənin federasiyası ilə memorandum imzaladı Valideyn himayəsindən məhrum uşaqlara futbol vasitəsilə yeni gələcək Dambrauskas: “Bacardığımız işi görməliyik” İsfahan Həsənov Dünya Çempionatının finalında Anqolalı vinger “İmişli”də “Qəbələ” onunla bağlı qərarını verdi Azərbaycan I və II Liqalarında püşkatmanın vaxtı açıqlanıb Güləş üzrə U17 Dünya Çempionatının açılış mərasimi keçirilib “Turan Tovuz” Türkiyə klubu ilə qarşılaşıb DÇ-2026: Ən yaxşı qolun müəllifi müəyyənləşdi Karyerasını başa vurdu "Qarabağ" azarkeşlərinə şad xəbər! PFL daha bir təqvimi açıqladı Nurlan Novruzov II Liqada çıxış edən klubla müqavilə imzaladı "Sportinq"də oynamış futbolçu Azərbaycan klubu ilə anlaşdı Federasiya məlumat yaydı: Bakı çempionatının vaxtı dəyişdirildi Rəhman Şabanov "Xankəndi"də

Beynəlxalq turnirlərdə medal qazanan parataekvondoçularla görüş keçirilib

Bölmə adı Taekvondo
Yayımlandı 10-06-2026, 22:56

Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyi İtaliyanın paytaxtı Romada keçirilmiş Qran-pridə və Almaniyada baş tutmuş Prezident Kubokunda uğurla çıxış etmiş parataekvondoçularla görüş keçirib.


Sport1.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.


Milli Paralimpiya Komitəsində baş tutan toplantıda yarışlarda ümumilikdə 2 qızıl və 3 bürünc medal qazanan parataekvondoçular - İmaməddin Xəlilov, Sabir Zeynalov, Amin Əliyev, eləcə də milli komandanın baş məşqçisi Fərid Tağızadə iştirak ediblər.


Görüş zamanı idmançıların yarış təəssüratları və əldə olunan nəticələr ətrafında fikir mübadiləsi aparılıb, qarşıdakı beynəlxalq turnirlər və gələcək hədəflər müzakirə olunub. Həmçinin milli komandanın uğurlarının davamlılığının təmin edilməsi, hazırlıq prosesinin daha da təkmilləşdirilməsi və idmançıların inkişaf perspektivləri ilə bağlı məsələlərə toxunulub.


Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov idmançıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, onlara gələcək yarışlarda da uğurlar arzulayıb.


Görüşdə Milli Paralimpiya Komitəsi prezidentinin müşaviri Şahin Kazımzadə, İdman şöbəsinin müdiri Cavad Axundzadə və digər komitə rəsmiləri də iştirak ediblər.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR