son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Klub sahibinə sərt cəza

Bölmə adı Basketbol
Yayımlandı 11-06-2026, 13:30

Yunanıstan Basketbol Liqası “Panatinaikos” klubunun sahibi Dimitris Yannakopulos barəsində sərt intizam tədbiri tətbiq edib.


Sport1.az xəbər verir ki, klub rəhbərinin bütün idman arenalarına girişinə 6 ay müddətinə qadağa qoyulub. Bundan əlavə, o, 50 min avro məbləğində cərimələnib.


 “Panatinaikos”un özünə də eyni məbləğdə cərimə tətbiq olunub. Beləliklə, ümumi maliyyə sanksiyası 100 min avro təşkil edib.


Yanakopulos iyunun 8-də “Olimpiakos”la keçirilən Yunanıstan çempionatının final seriyasının üçüncü oyununda idmanın nüfuzuna xələl gətirən hərəkətlərə görə təqsirli bilinib. Hadisə ikinci hissənin başa çatmasına 33,4 saniyə qalmış, taym-aut zamanı baş verib. Arenada ön sırada əyləşən klub sahibi meydançaya daxil olaraq hakimlərə aqressiv şəkildə yaxınlaşıb, onlara qarşı sərt jestlər edib və təhqiramiz ifadələr işlədib. Nəticədə qarşılaşma təxminən 4 dəqiqə dayandırılıb, təhlükəsizlik əməkdaşları isə onu meydançadan uzaqlaşdırıblar.


Qeyd edək ki, daha əvvəl “Panatinaikos” final seriyasının ikinci oyununda baş vermiş insidentlərə görə Yunanıstanın İdmanda Zorakılıqla Mübarizə Komissiyası tərəfindən də cəzalandırılmışdı. Klub bir oyunu boş tribunalar önündə keçirmək məcburiyyətində qalacaq.


Yeri gəlmişkən, dünən final seriyasının 4-cü oyununda “Panatinaikos” “Olimpiakos”u 93:86 hesabı ilə məğlub edərək seriyada hesabı ilə bərabərləşdirib.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR