78 yaşlı mütəxəssis İngiltərə klubuna rəhbərlik edəcək

Bölmə adı İngiltərə
Yayımlandı 27-03-2026, 20:30

İngiltərəli mütəxəssis Roy Hocsonun yeni iş yeri bəlli olub.


Sport1.az xəbər verir ki, 78 yaşlı baş məşqçi Çempionşip təmsilçisi “Bristol Siti” ilə anlaşıb.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Razılaşmaya əsasən, Roy yeni komandası ilə cari mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.


Qeyd edək ki, Hocsonun son iş yeri “Kristal Pelas” klubu olub.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR