
“Beşiktaş” və İngiltərə millisinin sabiq üzvü Natan Redmondun gələcəyinə aydınlıq gəlib.
Sport1.az xəbər verir ki, 32 yaşlı oyunçu karyerasını ölkəsində davam etdirəcək.
O, Çempionşip təmsilçilərindən “Blakbörn Rovers”lə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, ingiltərəli vingerlə cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Redmond karyerası ərzində “Norviç”, “Southempton” və “Börnli” klublarında da çıxış edib.