
Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirində Sent Lüsiya yığması ilə qarşılaşır.
Sport1.az xəbər verir ki, FIFA oyunun keçirildiyi stadionun yerini yanlış qeyd edib.
Belə ki, qurum qarşılaşmanın baş tutduğu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun Sumqayıt şəhərində deyil, Bakıda yerləşdiyini göstərib.
Qeyd edək ki, hazırda davam edən oyunda hesab hələ açılmayıb.
