son dəqiqə SON DƏQİQƏ
"Neftçi"dən 2 qollu qələbə ● Zaqreb "Dinamo"sunun sabiq futbolçusu Azərbaycan klubunda ● II Liqada 6-cı tur start götürür ● Gimnastlarımız 6 medal qazandılar ● Azərbaycan Basketbol Liqasında 1-ci tur: "Ordu" "Gəncə" ilə üz-üzə gəlir ● Günün oyunları: ● "Sabah qələbə qazanmalıyıq" ● "Komandamız sadəcə həmin futbolçunun oyununa köklənib" ● İngiltərə Xorvatiya ilə qarşılaşır, İspaniya millisi Çexiyanı qəbul edir ● Millimiz Qəbələdə Moldovaya qarşı ● "Turan Tovuz" Bakıda İstanbul nəhəngi "Fənərbağça"ya qarşı ● Premyer Liqa klublarının yay transferləri ● Türkiyə millisi Belçikaya, Gürcüstan Macarıstana uduzub ● “Sumqayıt”ın baş məşqçisi: “Müəyyən problemlər yaşadıq” ● Bakıda keçirilən Dünya Kubokunda yeni rekord ● AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ●

İngiltərə klubunu çalışdırmağa iki namizəd

Bölmə adı İngiltərə
Yayımlandı 24-03-2026, 17:03

“Tottenhem” baş məşqçi vəzifəsi üçün əsas namizədləri müəyyənləşdirib.


Sport1.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.


London təmsilçisi hazırkı baş məşqçi İqor Tudoru mövsümün sonunda komandada saxlamağı planlaşdırmır. Xorvatiyalı mütəxəssis fevral ayında Tomas Frankın istefasından sonra mövsümün sonuna qədər müqavilə imzalamışdı.


Mənbənin məlumatına əsasən, klub rəhbərliyi baş məşqçi vəzifəsinə iki əsas namizədi nəzərdən keçirir. Bunlar “Marsel” və “Brayton”un sabiq baş məşqçisi Roberto De Zerbi, eləcə də daha əvvəl “Tottenhem”i çalışdırmış Maurisio Poçettinodur. Poçettino komandanı 2018/19 mövsümündə Çempionlar Liqasının finalına çıxarmışdı.


Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasında uğursuz mövsüm keçirir. Komanda 31 turdan sonra 30 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. London klubu 18-ci yerdə olan “Vest Hem”i cəmi 1 xal qabaqlayır.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR